Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 28 – 30 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində “Mülki aviasiya sahəsində geniş miqyaslı dəstək (GISS 2022)” mövzusunda simpozium keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Xeberler.az bildirir ki, mülki aviasiya sahəsində əməkdaşlığın qlobal səviyyədə, xüsusən də təhsil istiqaməti üzrə genişləndirilməsi məqsədilə təşkil olunmuş simpoziuma 140 ölkədən aviasiya sənayesinin 800-dən çox təmsilçisi qatılıb. Üç gün davam edən tədbir çərçivəsində 9 sessiya təşkil edilib və 60-dan çox iştirakçının çıxışı dinlənilib.
İyunun 29-da ICAO-nun baş katibi Xuan Karlos Salazar ilə DMAA-nın direktoru Arif Məmmədov arasında görüş keçirilib. X.K. Salazarı baş katib vəzifəsinə təyin olunması münasibətilə təbrik edən A. Məmmədov 1 – 8 iyunda keçirilmiş ICAO auditinə hazırlıq məqsədilə ICAO-nun Parisdəki Avropa və Şimali Atlantika Bürosu vasitəsilə göstərilmiş texniki dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iştirak edən Nikolas Rallonu ICAO-nun Parisdəki Regional Bürosunun direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edən A. Məmmədov Azərbaycan mülki aviasiyasının audit zamanı yüksək nəticə əldə etməsində bu qurumun DMAA-ya verdiyi texniki konsultasiyaların əhəmiyyətini xüsusilə vurğulayıb. Keçirilmiş auditin nəticələri üzrə ilkin hesabata görə Azərbaycan tərəfindən ICAO standartlarının implementasiyasının effektivlik göstəricisi 63%-dən 80%-dək yüksəlib.
Görüşdə 3 – 6 iyulda N. Rallonun Bakıda səfərdə olacağı qeyd olunub.
A. Məmmədov Azərbaycan Respublikasının uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ICAO siyasətinə sadiq qaldığını, əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri